Bakı. 29 sentyabr. REPORT.AZ/ Fələstin səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürdüyünə görə, BMT Beynəlxalq Ədalət Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü məhkəmənin yaydığı məlumatda deyilir.
Sənəddə qeyd olunur ki, "Fələstin tərəfinin fikrincə, ABŞ bu qərarla 1961-ci il tarixli Vyana konvensiyasını pozub".