Etna oyandı, 4 km hündürlükdə kül sütunu püskürdü

İtaliyanın Siciliya adasındakı Etna vulkanı püskürüb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Katanya Milli Geofizika və Vulkanologiya İnstitutunun saytında məlumat verilib.

Mütəxəssislərin fikrincə, vulkan 4 km hündürlükdə kül sütunu püskürüb. Püskürmə göy gurultusu və yeraltı təkanlarla müşayiət olunub.

Yerli KİV İtaliyada vulkanın oyanması ilə xəbərdarlıq edildiyini yazır.

Etna Avropadakı ən hündür aktiv vulkandır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12