Estoniyada fərdi ev yanıb, ailə üzvlərinin hamısı ölüb

Estoniyanın Tartu şəhərində ikimərtəbəli fərdi evdə baş verən yanğın ailə faciəsinə sabəb olub.

"Report" "Sputnik-Estoniya"ya istinadən xəbər verir ki, yanğın nəticəsində 5 nəfər - ər-arvad və 3 uşaq ölüb.

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə altı dəqiqə sonra gəlsələr də, yanan evə dərhal girə bilməyiblər. Evə girmək mümkün olduqda isə 5 nəfərin meyiti tapılıb.

Polis və prokurorluq yanğının dəqiq səbəblərini müəyyənləşdirir.

Digər xəbərlər