Estoniyanın Baş naziri Kaya Kallasın istefası ilə bağlı petisiya parlamentdə baxılmaq üçün lazımi sayda səs toplayıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Təşəbbüsü 9 mindən çox Estoniya vətəndaşı imzalayıb. Ölkə parlamenti ən azı min səs toplayan müraciətə baxmağa borcludur. İmzaların toplanması dekabrın 15-dək davam edəcək.
Oktyabr ayında Estoniya müxalifətinin nümayəndələri Rusiya ilə ticarət aparan əri Arvo Halliklə qalmaqaldan sonra Kallası növbəti dəfə vəzifəsindən getməyə çağırıblar.