Estoniya Baş naziri: “Aİ ölkələri rusiyalı turistlərə viza verilməsini dayandırmalıdır”

Estoniyanın Baş naziri Kaya Kallas Avropa İttifaqı (Aİ) ölkələrini rusiyalılara turist vizalarının verilməsini dayandırmağa çağırıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, o, Avropaya səyahətin insan hüququ ilə deyil, imtiyazla bağlı məsələ olduğunu bildirib.

“Rusiya ilə hava əlaqəsi dayandırılıb. Bu o deməkdir ki, Şengen zonası ölkələri viza verərkən, turist axını yalnız Rusiyanın qonşuları - Finlandiya, Estoniya, Latviya vasitəsilə həyata keçirilir. Odur ki, Rusiyadan gələn turizmi dayandırmağın vaxtı çatıb”, - o tvitterdə yazıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43