Ərəb koalisiyasının Yəməni bombalaması nəticəsində 4 dinc sakin həlak olub

Bakı. 15 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının Hava Qüvvələri tərəfindən Yəmənin şimal ərazilərini bombalanması nəticəsində 4 dinc sakin həlak olub.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Əl-Mayadin" telekanalının məlumatına görə, mərmilərdən biri Bakim şəhərində mənzilə düşüb. Ölənlərin hamısı bir ailənin üzvləridir.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43