Bakı. 28 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sənada yerləşən beynəlxalq aeroporta havadan hücum edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al Arabiya" telekanalı məlumat yayıb.
Bildirilir ki, hava zərbələri paytaxtdan şimalda yerləşən hərbi bazanın da payına düşüb.
Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə üsyançı husilər arasında silahlı qarşıdurma davam edir.