Ekvadorda zəlzələ olub

Ekvadorun cənub hissəsində - Peru ilə sərhəd ərazisində 5,3 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.

Məlumata görə, zəlzələnin ocağı 71 km dərinlikdə olub.

Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə məlumat yayılmayıb.

Digər xəbərlər

Rusiyada helikopter sərt eniş edib 21 fevral, 2026 / 14:03