Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Ekvadorun mərkəzində yerləşən Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar idarəsi məlumat yayıb.

Daha əvvəl 8 nəfərin öldüyü, 71 nəfərin itkin düşdüyü bildirilirdi.

Məlumata görə, təbii fəlakət nəticəsində 14 nəfər ölüb, 33 nəfər yaralanıb, 67 nəfər itkin düşüb.

Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Digər xəbərlər

Şahbaz Şərif Vaşinqtona gedib 19 fevral, 2026 / 13:31