Ekvador sahillərində 6 bala yaxın zəlzələ baş verib

Bakı. 1 iyul. REPORT.AZ/ Sakit okeanın Ekvador sahillərində 5,8 maqnitudalı zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri paytaxt Kitodan 203 km qərbdə olub. Zəlzələnin ocağı dənizin 10 km dərinliyində yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər