Egey dənizində 5 bal gücündə zəlzələ baş verib

Bakı. 25 yanvar. REPORT.AZ/ Egey dənizində 5 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 21:50-də qeydə alınıb. Yeraltı təkanlar Muğla vilayətinin Datça rayonunda hiss edilib.

Zəlzələ ocağı 8,4 kilometr dərinlikdə yerləşib. 

Tələfat və ya dağıntı barəsində məlumat verilmir. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10