Əfqanıstanın Herat şəhərində baş verən partlayışda 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Bakı. 30 iyul. REPORT.AZ/ Əfqanıstanın şimal-qərbində yerləşən Herat şəhərində baş verən partlayış nəticəsində azı 1 nəfər ölüb, 5 nəfər də yaralanıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yerli hakimiyyət orqanlarının nümayəndələri "Tolo News" telekanalına açıqlamalarında ölən və yaralananlar barədə məlumatı təsdiqləyib.

Hadisənin təfərrüatları haqqında əlavə bilgi verilmir.

Digər xəbərlər