Əfqanıstanda partlayış olub, 1 dinc sakin ölüb, 9-u yaralanıb

Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətinin mərkəzində - Aybak şəhərində ard-arda partlayışlar nəticəsində bir dinc sakin ölüb, 9-u yaralanıb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, iyulun 17-də günorta saatlarında Aybak şəhərində ard-arda iki mina partlayıb.

Bildirilib ki, heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. Polis araşdırmaya başlayıb.

Digər xəbərlər