Əfqanıstanın qərbində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Herat vilayətində bazarda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə vilayət başçısının press-attaşesi Cilani Fərhad məlumat verib.

Şindand qəzasının mərkəzi bazarında üçtəkərli motosikl partladılıb. 

C.Fərhadın sözlərinə görə, ölənlər arasında iki hərbçi, yaralılar arasında isə qadınlar və uşaqlar da var. O əlavə edib ki, hadisə yerinin yaxınlığında məscid var və partlayış nəticəsində ona böyük ziyan dəyib.

Hələlik terror hücumuna görə məsuliyyəti qruplaşmaların heç biri üzərinə götürməyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09