Əfqanıstanın Rusiyadakı səfirliyi fəaliyyətini davam etdirib-etdirmədiyi barədə sualı cavabsız qoyub.
“Report” “TASS”a istinadən xəbər verir ki, səfirliklə bağlı qeyri-müəyyənlik yaranıb.
Diplomatik missiya həmçinin Əfqanıstandakı vəziyyəti şərh etməkdən imtina edib:
“Biz hələ ki, heç kimə vəziyyətlə bağlı şərh vermirik”.