​Əfqanıstanda zəlzələ olub

Bakı. 8 yanvar. REPORT.AZ/ Əfqanıstanın Tacikistanla həmsərhəd ərazisində 5,3 bal gücündə zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Tacikistan Elmələr Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tacikistanın paytaxtı Düşənbədə də hiss edilib.

Dağıntı və xəsarət alanlar haqda informasiya yayılmayıb. 

Digər xəbərlər