Əfqanıstanda yaraqlıların polis məntəqəsinə hücumu zamanı 13 nəfər həlak olub

Bakı. 18 noyabr. REPORT.AZ/ Əfqanıstanın Fərah vilayətində radikal "Taliban" hərəkatının yaraqlılarının polis məntəqəsinə hücumu zamanı azı 13 polis əməkdaşı həlak olub.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Polisin məlumatına görə, hadisə cümə gününə keçən gecə baş verib.

Olayla bağlı digər detallar haqqında məlumat verilmir.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43