Bakı. 18 oktyabr. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyaləti valiliyinin kampusuna silahlı hücum olub.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, hücum nəticəsində ordu generalı Əbdül Rəzzaq, bölgənin polis rəisi və ABŞ-ın iki hərbçisi yaralanıb.
Məlumata görə, həmin vaxt ABŞ-ın yüksək vəzifəli generalı Skott Miller kampusda toplantı keçirirmiş.