Əfqanıstanda terror aktı törədilib, ölən və yaralananlar var

Bakı. 14 dekabr. REPORT.AZ/ Əfqanıstanın Bəlx əyalətində təşkil olunmuş yas mərasimində terror aktı törədilib, 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli polis terrorun hədəfinin yasda iştirak edən silahlı dəstənin komandirinin aradan götürülməsi olduğunu bildirib.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09