Əfqanıstanda Taliban yaraqlılarının hərbi bazaya hücumu nəticəsində 45 nəfər ölüb

Bakı. 15 avqust. REPORT.AZ/ Əfqanıstanda radikal Taliban hərəkatı yaraqlılarının Bağlan vilayətində hərbi bazaya hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 45 üzvü öldürülüb.

"Report" RT-yə istinadən xəbər verir ki, yaraqlıların hücumu zamanı 35 hərbçi və 10 yerli polis məmuru ölüb.

Qeyd edilir ki, hüquq-mühafizə orqanları hücum faktını təsdiqləyiblər, lakin ölənlərin sayı barədə məlumat dəqiqləşdirilməyib.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43