Əfqanıstanda "Taliban" silahlıları 10 əsgəri girov götürüb

Bakı. 21 dekabr. REPORT.AZ/ Radikal "Taliban" hərəkatının silahlıları Əfqanıstanın şimal-şərqindəki blokposta hücum edərək ordunun 10 əsgərini girov götürüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"TOLO News" telekanalının yerli təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, hücum dünən gecə saatlarında Bədəhşan vilayətinin inzibati mərkəzi olan Fayzabad şəhəri ətrafında baş verib.

Hadisə "Taliban" və ölkənin hökumət nümayəndələri arasında danışıqlar fonunda baş verib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12