Əfqanıstanda "Taliban" terrorçularının hücumu nəticəsində 20 polis ölüb

Bakı. 9 iyun. REPORT.AZ/ Əfqanıstanın şimalında, Qunduz əyalətində "Taliban" terrorçularının hücumu nəticəsində ən azı 20 polis ölüb. 

"Report" 1TV telekanalına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarından məlumat verilib.

Qarşıdurma zamanı 8 terrorçu məhv edilib.

Xatırladaq ki, Əfqanıstan hökumətindən sonra "Taliban" hərəkatı da Ramazan Bayramı münasibətilə üçgünlük atəşkəs elan edib. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09