Əfqanıstanda "Taliban" silahlılarının hücumu nəticəsində 15 nəfər həlak olub

Əfqanıstanın qərbindəki Qor əyalətində "Taliban" silahlılarının hücumu nəticəsində mülki şəxslər də daxil olmaqla ən azı 15 nəfər həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu məlumatı "Tolo News" telekanalı yayıb.

Əyalət qubernatorunun sözçüsü Abdulhaqi Xatibi faktı təsdiqləyərək, hücum haqqında tam məlumatın olmadığını bildirib. 

O, eyni zamanda deyib ki, hadisə yerinə hökumət qüvvələri göndərilib.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28