Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb

Əfqanıstanda radikal “Taliban” qruplaşmasının silahlılarının nəzarət-buraxılış məntəqəsində hücumu nəticəsində azı 10 polis öldürülüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə Əfqanıstanın şimal-şərqindəki Bağlan vilayətində baş verib.

Öz növbəsində “Pajvak” agentliyi 18 nəfərin öldüyü barədə məlumat verib.

Hələlik başqa məlumat verilmir.

Digər xəbərlər