Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 4 polis ölüb

Əfqanıstanın Təxar əyalətində “Taliban” radikal hərəkatının hücumu nəticəsində 4 polis həlak olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Hüquq-mühafizə orqanlarının daha 9 əməkdaşı isə yaralanıb.

Qarşıdurma nəticəsində “Taliban”ın da itki verdiyi vurğulanıb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10