Əfqanıstanda son 3 ayda 390 min sakin öz evini tərk edib

Əfqanıstanda hərbi əməliyyatlar səbəbindən may ayından indiyədək 390 mindən çox insan öz evini tərk edib.

“Report” “Ariana News” telekanalına istinadən xəbər verir ki, bu badərə BMT-nin hesabatında bildirilib.

Məlumata görə, son iki sutkada Əfqanıstanın şimal əyalətlərindən olan 6 minə yaxın sakin paytaxt Kabilin parklarında məskunlaşıblar. Onlar ərzaq və dərman preparatları ilə təmin olunublar.

Digər xəbərlər