Bakı. 15 sentyabr. REPORT.AZ/ Əfqanıstanın cənubundakı Zəbul əyalətində silahlıların üç nəzarət-keçid məntəqəsinə hücumu zamanı 8 polis həlak olub.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə 1TV telekanalı xəbər yayıb.
Əyalətin qubernatorunun rəsmi nümayəndəsi Gül İslam Siyal bildirib ki, daha 3 polis hücum nəticəsində yaralanıb.
Telekanalın məlumatına görə, hücuma görə məsuliyyəti "Taliban" terror qruplaşması üzərinə götürüb.