Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində azı 3 nəfər ölüb

Əfqanıstanın şimal-şərqində yerləşən Taxar əyalətində qızıl mədəninin çökməsi nəticəsində azı 3 mədənçi ölüb.

"Report" xəbər verir ki, bu barədə "Aamaj News" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə vilayətin şərq bölgəsində baş verib.

Qəzanın səbəbi barədə hələlik məlumat verilmir.

Digər xəbərlər