Əfqanıstanda qadın hüquqları ilə bağlı aksiya keçirilib

Əfqanıstanda qadın hüquqları ilə bağlı aksiya keçirilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkənin qərbindəki ən böyük şəhər olan Heratda etiraz aksiyası olub.

Aksiyada əsas tələb qadın haqlarının təmin olunması və qadınların hökumətdə təmsilçiliyinə imkan yaradılmasından ibarətdir.

Etirazçılar dünya ictimaiyyətini Əfqanıstan qadınlarının hüquqlarının müdafiəsinə çağırıblar.

Bildirilib ki, aksiya iştirakçıları yerli ictimai fəallar, tələbələr və dövlət idarələrində çalışmış qadınlardan ibarət olub.

Digər xəbərlər

Tacikistanda zəlzələ olub 09 yanvar, 2026 / 02:24
Tramp: Kuba çətin vəziyyətdədir 08 yanvar, 2026 / 23:54