Əfqanıstanda partlayışlar törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanda iki partlayış törədilib. 

“Report” “Pajhwork”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Nəngarxar əyalətindəki Cəlalabad şəhərində qeydə alınıb. 

Partlayışlar nəticəsində azı 2 nəfər ölüb, 20 nəfərədək insan xəsarət alıb. Yaralılar arasında qadın və uşaqlar da var.

Digər xəbərlər