Əfqanıstanda partlayış olub, ölənlər var

Əfqanıstanın Nəngarhar əyalətinin paytaxtı Cəlalabad şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bomba “Taliban”a məxsus avtomobildə partladılıb.

Aralarında hərəkat silahlılarının da olduğu xəsarət almış şəxslər xəstəxanaya göndərilib.

Digər xəbərlər

Rusiyada helikopter sərt eniş edib 21 fevral, 2026 / 14:03