Əfqanıstanda partlayış olub, azı 6 polis əməkdaşı ölüb

Bakı. 14 mart. REPORT.AZ/ Əfqanıstanda avtomobilin partladılması nəticəsində azı 6 polis əməkdaşı ölüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Ölkənin cənubunda yerləşən Gilmənd əyalətinin Nadəli rayonunda terrorçu-kamikadze özünü partladıb. 

Hadisənin təfərrüatı barədə məlumat yayılmayıb.

Partlayışın məsuliyyətini hələlik heç bir terroçu qruplaşma üzərinə götürməyib. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09