Əfqanıstanda parlament seçkiləri keçirilir

Bakı.20 oktyabr. REPORT.AZ/ Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, səsvermə ölkənin 34 əyalətindən 32-də aparılır.

Bu il Əfqanıstan parlamentinin Aşağı Palatasına deputatmandatı uğrunda 5 000-dən çox namizəd mübarizə aparır, onlardan 10%-dən azı (205namizəd) 26 siyasi partiyanı təmsil edir, digərləri isə müstəqil namizəd kimi qeydəalınıb.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək. 

Digər xəbərlər