Əfqanıstanda jurnalistlərin, KİV əməkdaşlarının 60 faizi, o cümlədən bu sahədə fəaliyyət göstərən qadınların 84 faizi iş yerini itirib”.
“Report” xəbər verir ki, məlumatı “Tolonews” yayıb.
Bildirilib ki, “Taliban” hakimiyyətə gəldikdən, 2021-ci il avqustun 15-dən sonra Əfqanıstanda 231 KİV bağlanıb, 6 400 jurnalist işindən olub.
Məlumata görə, 2021-ci ilin yayında 543 KİV fəaliyyət göstərib.
2021-ci il noyabrın sonuna olan məlumata əsasən, ölkə üzrə 312 informasiya vasitəsi fəaliyyətini davam etdirir.