Bakı. 29 iyul. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqahar əyalətində terrorçu İŞİD qruplaşmasının mövqelərinin bombalanması nəticəsində azı 8 terrorçu zərərsizləşdirilib.
“Report” “Khaama Press”ə istinadən xəbər verir ki, hava zərbələrinin endirilməsində məqsəd İŞİD terrorçularının sığınacaqlarının məhv edilməsi olub.
Əməliyyat zamanı İŞİD-in həmin ərazidəki bütün mövqeləri dağıdılıb, dinc sakinlər arasında ölən və xəsarət alan olmayıb.