Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb: 2 ölü, 5 yaralı

Bakı. 12 oktyabr. REPORT.AZ/ Əfqanıstanın mərkəzi əyaləti Bamyanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 hərbçi həlak olub, 5 nəfər yaralanıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə əyalət qubernatorunun rəsmi nümayəndəsi Əbdül Rəhman Əhmədi məlumat verib.

Onun sözlərinə görə, hazırda 3 hərbçinin vəziyyəti ağırdır. Hadisə yerinə hərbi komandanlıq baş çəkib. 

Qəzaya ilkin səbəb kimi pilotun səhvi göstərilib. Belə ki, o, dağlıq ərazinin xüsusiyyətlərini nəzərə almayıb. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12