Əfqanıstanın şərqindəki Nəngərhar əyalətində baş verən daşqın nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
“Report” “Pajhwok”a istinadən xəbər verir ki, bu barədə əyalət valisi Ataullah Xoqyani məlumat verib.
Bildirilib ki, daşqın səbəbindən 800 hektaradək əkin sahəsinə ziyan dəyib, 266 ev dağılıb.