Əfqanıstanda blokpost yaxınlığında baş verən partlayışda 8 hərbçi ölüb

Əfqanıstanın cənubundakı Hilmənd vilayətindəki blokpost yaxınlığında avtomobil partladılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, terror hücumu zamanı Əfqanıstan ordusunun azı 8 hərbçisi ölüb.

Vilayət səlahiyyətlilərinin sözlərinə görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12