Bakı. 30 aprel. REPORT.AZ/ Əfqanıstan ordusu bir sutka ərzində 130 terrorçu öldürüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Müdafiə Nazirliyinin təmsilçisi general Zahir Əzimi bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyat nəticəsində ordunun 6 əsgəri xəsarət alıb. General bildirib ki, 6 silahlı saxlanılıb, 87 terrorçu isə yaralanıb.
Xatırladaq ki, əməliyyatın keçirildiyi ərazi haqda məlumat verilməyib.