Əfqanıstanda bir sıra məntəqələrdə seçkilər təxirə salınıb

Bakı.20 oktyabr. REPORT.AZ/ Əfqanıstan Müstəqil Seçki Komissiyası bir sıra seçki məntəqələrində seçkilərin keçirilməsini oktyabrın 21-nə təxirə salıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin məntəqələrdə müxtəlif səbəblərdən şənbə günü səsvermənin keçirilməsi mümkün olmayıb. 

Komissiyanın sədri ƏbdülBadi Səyyad bildirib ki, oktyabrın 20-də yerli vaxtla saat 13-dək açıla bilməyənseçki məntəqələri bazar günü işləyəcək.

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir. Ölkənin paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında başvermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09