​Əfqanıstanda baş verən partlayış nəticəsində 5 dinc sakin ölüb

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyalətində mülkü vətəndaşa məxsus avtomobilin yolda minaya düşməsi nəticəsində 5 dinc sakin ölüb, 3-ü yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Khaama" saytı məlumat yayıb.

Xəbərə görə, hadisə əyalətin Ərkistan və Məaruf rayonlarının sərhədində baş verib. 

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45