Əfqanıstanda amerikalı hərbçi öldürülüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Əfqanıstanın şərqində silahlı hücum nəticəsində bir amerikalı hərbçi öldürülüb.

“Report”un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu, ABŞ-ın Əfqanıstanda cari il ərzində öldürülən altıncı hərbçisidir.  

Hadisənin təfərrüatı barədə məlumat verilməyib. 

Digər xəbərlər