Əfqanıstanın Bədəhşan əyalətində baş vermiş silahlı toqquşmalar nəticəsində dördü xarici ölkə vətəndaşı olmaqla, azı 25 "Taliban" yaraqlısı məhv edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Khaama Press" məlumat yayıb.
"Toqquşmalar bazar günü gecə Curm rayonu ərazisində olub. Atışma zamanı 25 "Taliban" yaraqlısı, o cümlədən dörd əcnəbi öldürülüb, daha 11 nəfər yaralanıb", - deyə mənbə bildirib.