Əfqanıstan və Pakistan Çində danışıqlar aparır

Əfqanıstan və Pakistan nümayəndələri Çinin iştirakı ilə üçtərəfli mexanizm çərçivəsində sərhəddəki münaqişənin həllinə dair danışıqlar aparırlar.

"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti Pakistanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Çinin Urumçi şəhərində keçirilən danışıqlar, daha əvvəl bu görüşə kömək etməsi xahişi ilə Çinə müraciət edən Əfqanıstanın təşəbbüsü ilə başlayıb", - qəzetin həmsöhbətləri bildiriblər.

Onların sözlərinə görə, xarici və daxili işlər nazirliklərinin nümayəndələrinin iştirak etdiyi Urumçidəki görüşün məqsədi sərhəddəki hərbi münaqişənin dayandırılması yolları barədə fikir mübadiləsi aparmaqdır. Çin qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün ilk addım kimi iki ölkə arasında ticarətin bərpasına çağırır.

Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında Pakistan və Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, hazırda onun ölkəsi və Əfqanıstandakı Taliban hökuməti açıq silahlı qarşıdurma vəziyyətindədir.

Digər xəbərlər

Ərbildə 20-dən çox PUA vurulub 01 aprel, 2026 / 11:46