Əfqanıstan ordusu "Taliban" hərəkatının 60-a yaxın yaraqlısını məhv edib

Bakı. 2 may. REPORT.AZ/ Son sutka ərzində Əfqanıstan silahlı qüvvələrinin apardığı xüsusi əməliyyatı zamanı "Taliban" radikal hərəkatının 60-a yaxın yaraqlısı məhv edilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər. 

"Əməliyyatlar Uruzqan, Zabul, Qəzni, Gilmend, Loqar, Kündüz, Sari-Pul, Badahşan, Fəryab, Paktiya, Host və Bəğlan əyalətlərində həyata keçirilib. Nəticədə ən az 57 "Taliban" üzvü öldürülüb, 35 nəfər yaralanıb. 2 yaraqlı Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri tərəfindən saxlanılıb", - MİD məlumatında deyilir. Hərbçilər arasında itki haqqında məlumat yoxdur. 

Nazirlikdən verilən məlumata əsasən, hərbçilər yaraqlıların yüngül və ağır silahlarını aşkar edib və götürüb. 

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43