Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk edərkən 4 maşın dolu pulu özü ilə hava limanına gətirib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən “RİA Novosti”yə məlumat veriblər.
Bildirilib ki, Ə.Qani 4 maşın dolu pulu özü ilə aeroporta gətirsə də, bütün pulları özü ilə aparmağa müvəffəq ola bilməyib.
“Pulların bir hissəsi uçuş zolağında qalıb”, - məlumatda qeyd edilib.