Əfqanıstan hərbçiləri son sutkada "Taliban"ın 385 silahlısını zərərsizləşdirib

Son sutkada Əfqanıstan hərbçiləri ilə “Taliban” arasında gedən döyüşlərdə qruplaşmanın 385 silahlısı ölüb, 210-u yaralanıb.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Əfqanıstan Silahlı Qüvvələri ölkənin 14 əyalətində, o cümlədən Qəndəhar, Herat və Gilmənddə “Taliban”a qarşı əməliyyatlar keçirib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09