Efiopiyanın sabiq prezidenti vəfat edib

Efiopiyanı 1995-ci ildən 2001-ci ilə qədər idarə etmiş keçmiş prezident Neqasso Qidada 76 yaşında vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, AFP agentliyi bildirib.

Qeyd edilir ki, siyasətçi müalicə olunduğu Almaniyada ölüb. Həkimlər onun vəfat səbəbini açıqlamayıblar.

Neqasso Qidada 1995-ci ilin avqustunda Efiopiyada parlament respublikasının qurulmasından sonra ölkənin birinci prezidenti olub. 2001-ci ildə onu Qirme Volde-Qiorqis əvəz edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10