Almaniya kansleri Olaf Şoltsun Moskvaya səfəri zamanı onu müşayiət edən jurnalistlər arasında “Deutsche Welle” nəşrinin nümayəndələri olmayacaq.
Bu barədə “Report” “Tagesspiegel” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Almaniya hakimiyyət orqanları “Deutsche Welle” nəşrinin jurnalistlərinə səfərdə iştirak etmək müraciətinə müsbət cavab verməyib.
Belə ki, kabinet sözçüsü Şteffen Hebestraytın rəhbərlik etdiyi federal hökumətin mətbuat və informasiya departamenti “DW”in jurnalistlərinə qadağa qoyub.
Qeyd edək ki, Rusiya “RT DE” telekanalının yayımının dayandırılmasına cavab olaraq, “Deutsche Welle” nəşrinin Rusiyadakı ofisini bağlayıb və onun ölkə üzrə bürosunun bütün işçilərinin akkreditasiyasını ləğv edib, həmçinin peyk və digər televiziya yayımlarını dayandırıb.