Ukraynanın "DTEK Naftoqaz" şirkəti Rusiyanın növbəti hücumundan sonra qaz hasilatı müəssisəsində fəaliyyətini dayandırıb.
"Report"un məlumatına görə, bu barədə şirkətin teleqram kanalındakı açıqlamada bildirilir.
"Poltava vilayətindəki qaz hasilatı müəssisəsində əməliyyatlar dayandırılıb", - açıqlamada deyilir.
Əlavə məlumat verilmir.
"DTEK Naftoqaz" tərəfindən bildirilən və eyni zamanda şirkətin Poltava vilayətindəki müəssisələrindən birində qaz hasilatının dayandırılması ilə nəticələnən əvvəlki hücum bu ilin 11 avqustunda baş verib.